Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi qazisi Babək İsmayılovla görüş

14.12.2020

             Vətən müharibəsi qazisi Babək İsmayılovla görüş

Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva, mərkəzin əməkdaşları və Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatının Samux rayonu üzrə katibi Maviyyə Hüseynova II Dağlıq Qarabağ Vətən Müharibəsinin iştirakçısı, qazi İsmayılov Babək Tahir oğlu ilə görüş keçiriblər.

Görüşdə qazinin anası Aygün İsmayılova oğlu Babəkin vətən sevgisindən, cəsarətindən söhbət açıb, onun idmançı kimi Ümumrespublika yarışlarında dəfələrlə qələbə qazanaraq priz və müxtəlif medallarla təltif olunmasından ürək dolusu danışıb.

Babək İsmayılov ona verilən suallara cavab verərək qeyd edib ki, biz etdiyimizi deyil, bundan sonra da edəcəyimizi öyrənib Bütöv Azərbaycan uğrunda mübarizəmizi davam etdirəcəyik.