14.12.2020
"Haqqım var ki, öyünüm Azərbaycan deyəndə!" adlı video-konfrans keçirilib.
14.12.2020-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 sayli kitabxana filiali ilə 21 N-li tam orta məktəbin birgə təşkil etdikləri, "Haqqım var ki, öyünüm Azərbaycan deyəndə!" adlı video-konfrans keçirilib. Tədbirdə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.Daha sonra şəhidlərimizə, vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirildi.