11.12.2020
Samux rayon Heydər Əliyev Mərkəzi 11 dekabr 2020-ci il tarixdə YAP Samux rayon təşkilatında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfransda iştirak etdi. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoydular.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımızın qarşısında göstərdiyi xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət haqqında tədbir iştirakçılarına məlumat verdi.
Sonra YAP Samux rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova çıxış edərək bildirdi ki, Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmaz oldu. H.Əliyev Azərbaycanın tarixində dönüş edən, onu parçalanmaqdan qoruyaraq uğurlu yola çıxaran böyük dövlət xadimi kimi xarakterizə olunur. Bu gün möhtəşəm Zəfər Qələbəmiz Ulu Öndər Heydər Əliyevin qüdrətli dövlətçilik siyasi kursunun təntənəsidir.