Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ULU ÖNDƏRİN RUHU ŞADDIR”adlı videokonfrans keçirilib

11.12.2020

“ULU ÖNDƏRİN RUHU ŞADDIR”adlı videokonfrans keçirilib

09.12.2020 tarixində Samux rayon Heydər Əliyev Mərkəzi Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən “ULU ÖNDƏRİN RUHU ŞADDIR”videokonfransda iştirak etmişdir.

Videokonfransda AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru, Dosent, YAP–nın Fəlsəfə İnstitutu Təşkilatının sədri Sənan Həsənov və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, Hüquq elmlər doktoru, Professor İsaxan Vəliyev, həmçinin Xaçmaz, Neftçala, Samux, Qəbələ, Siyəzən, Şabran, Sabirabad, Hacıqabul, Lənkəran, Qax, Yardımlı, Astara, Ucar, Salyan, Şamaxı, Qazax, Tovuz, Ağstafa, Beyləqan rayon Heydər Əliyev Mərkəzlərinin direktorları iştirak ediblər.

Sənan Həsənov Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin Heydər Əliyevin adı ilə, eyni zamanda 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində xüsusi ilə təhsil istiqamətində aparılan islahatlarda əldə edilmiş möhtəşəm nailiyyətlərin dahi şəxsiyyətin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, onun qurduğu Azərbaycan əbədi yaşayacaqdır.

Çıxışçılar onu da vurğuladılar ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.