11.12.2020
“Şəhidlər ölməz, Vətən bölünməz” adlı onlayn tədbir keçirilib
Samux rayon Mərkəzi Kitabxana Sisteminin vətənpərvərlik mövzusunda təşkil etdiyi "Şəhidlər ölməz, Vətən bölünməz" adlı onlayn tədbiri, direktor Şəhla Abdulllayeva açıb. Azərbaycanın müstəqillyi, ərazi bütövlüyü, xalqımızın şərəf və ləyaqəti uğrunda əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şanlı Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbədən, Azərbaycan əsgərlərinin göstərdikləri şücaətdən danışıblar.
Tədbirdə xüsusi vurğulanıb ki, Azərbaycan xalqı heç zaman şəhidlərimizi unutmayacaq, onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz.