Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qanları ilə tarix yazan oğullar” adlı onlayn tədbir keçirilib

10.12.2020

              “Qanları ilə tarix yazan oğullar” adlı onlayn tədbir keçirilib

     Goranboy rayon Mərkəzi Kitabxanasında ““Qanları ilə tarix yazan oğullar” adlı hərbi vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib.Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açıb. Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə gənc oxucular və hərbiçi Elsevər Aşralıyev iştirak ediblər.

            Əsgər anası Rəxşəndə Xəlilova 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə igid əsgərlərimizin şücaətindən, göstərdiyi qəhrəmanlıqlardan danışıb. Şanlı müharibənin canlı şahidi Elsevər Aşralıyev çıxış edib.

            Sonda Gülnarə Nəsibova, Təzəgül Abbasova, Ülviyyə Kazımova çıxış ediblər.