09.12.2020
“Görünməz düşmən COVİD-19” adlı onlayn tədbir keçirilib
Goranboy rayon Mərkəzi kitabxananın işçiləri tərəfindən bütün dünyanı cənginə almış coronavirus infeksiyasına həsr olunmuş “Görünməz düşmən COVİD-19” adlı onlayn tədbir keçirilib. Tədbiri Goranboy rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Gülnara Nəsibova açıb. O, koronavirus infeksiyasının törətdiyi fəsadlar barədə danışıb. Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova COVİD-19 pandemiyası haqqında ətraflı məlumat verib.
Mövzu ətrafında tədbir iştirakçılarından Səfa Nəbiyeva, Ülviyyə Kazımova, Toğrul Hüseynov çıxış ediblər.