Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Həndi Əliyevin ailəsi ilə online görüş keçirilib.

08.12.2020

             "Şəhid Həndi Əliyevin ailəsi ilə online görüş keçirilib"

       08.12.2020-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş kitaxbana sisteminin 2 saylı kitabxana filialı İkinci Qarabağ Müharibəsində şəhid olmuş Gəncə sakini Həndi Elbrus oğlu Əliyevin ailəsi ilə onlayn görüş keçirib.Görüşü filialının müdiri Firuzə Yunisova açaraq Həndinin 44 günlük ikinci Qarabağ müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyindən danışıb. Daha sonra şəhidimizin ailə üzvləri onun  qısa, lakin mənalı, şərəfli həyat yolundan danışaraq, xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.