03.12.2020
"Zəfər günün mübarək Azərbaycan"
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 saylı kitabxana filialı Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar "Zəfər günün mübarək Azərbaycan" mövzusunda onlayn söhbət kecirdi.Tədbirdə Gəncə şəhər 8 nömrəli orta məktəbin şagirdləri iştirak edirdi. Tədbiri açlq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova iştirakçıları Qələbə münasibətilə təbrik etdi və bu yolda Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli Ordumuzun uğurlarından, şücaətindən danışdı.