Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

BEYNƏLXALQ ƏLILLƏR GÜNÜ

03.12.2020

                       "BEYNƏLXALQ ƏLILLƏR GÜNÜ"

            03.12.2020-ci il tarixində BEYNƏLXALQ ƏLILLƏR GÜNÜ ilə əlaqədar Salyan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirildi.Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

               Salyan Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Salyan rayonunda fəaliyyət göstərən ''Murad Əlillər Ictimai Birliyinin, Samux,Zərdab,Qazax,Hacıqabul R ayon Heydər Əliyev Mərkəzi direktorlarının birgə iştirakı ilə Zoom Platforması vasitəsilə tədbir həyata keçirildi.Tədbirdə Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova Salyanda əlillərin ictimai həyatda aktiv fəaliyyət göstərməsindən,Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova,Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova,Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova ,Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Imanova öz rayonlarında əlillərə göstərilən dövlət qayğısından,məhdudiyyəti olan gənclərin istedadının üzə çıxarılmasında Mərkəzlərin xüsusi rolundan bəhs edildi.

           ''Murad Əlillər Ictimai Birliyinin'' sədri Rəsmiyyə Səmədova 2015-ci ildən rayonda fəaliyyət göstərən cəmiyyətinin gördüyü işlərdən danışaraq,tədbir iştirakçılarını birliyin üzvlərinin əl işlərindən ibarət sərgini nümayiş etdirdi