19.01.2018
Naftalan şəhər Heydər Əliyev Mərkəzində 1990-cı ilin 20 Yanvar faciəsinin 28-ci ildönümünə ilə əlaqədar “Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçılarının nəzərinə çatdırıldı ki, 20 Yanvar faciəsindən 28 il ötməsinə baxmayaraq, o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunmuşdur.
20 Yanvar günü Azərbaycan tarixinə qanla yazılsa da, istiqlal yolumuzun ilk zirvəsi, milli məfkürəmizin azadlıq istəyinin oyanış günü, şərəfli tarixidir.