01.12.2020
“ Erməni terroruna yox deyirik! ” adlı onlayn tədbir keçirilib.
Samux rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin kollektivi tərəfindən “Erməni terroruna yox deyirik!” adlı onlayn tədbir təşkil olunub.İlk növbədə Azərbaycan şəhidlərinin xatirəsi bir dəgigəlik sükutla yad edilib.Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva ermənilərin törətdikləri terrorlardan ətraflı danışıb.
Kitabxanacılardan Ləman Əliyeva, Telli Nəsibova Gəncə,Bərdə, Naftalan,Tərtərdə törədilən erməni terrorundan danışıblar.Sonra fəal oxuculardan Güləbətin Əliyeva, Mənzər Tağıyeva, Reyhan Verdiyeva erməni terroruna məruz qalmış uşaqlardan eləcə də ekolojı terrordan, tarixi abidələrimizə, mədəniyyət ocaqlarımıza qarşı törədilən erməni terrorundan söhbət açıblar.