Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Səhrəddin Əliyevin anım günü

30.11.2020

             Şəhid Səhrəddin Əliyevin anım günü

         30.11.2020-ci il tarixində Samux rayon Mərkəzi kitabxanasında rayonun ilk şəhidlərindən olan polis işçisi Səhrəddin Əliyevin anım günü ilə əlaqədar onlayn tədbir keçirilib. MKS-nin direktoru Şəhla Abdullayeva şəhid Səhrəddin Əliyev barədə məlumat verərək bildirib ki, O, 1990-cı ildə Dağlıq  Qarabağ müharibəsi ilə əlaqədar Çaykənd döyüşlərində Qarabulaq kəndi uğrunda gedən döyüşlərdə Samux rayonundan olan ilk şəhidlərindəndir. Ölümündən sonra O, "Qızıl ulduz" medalı ilə təltif olunub. Tədbirdə Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva Bağbanlar kənd filialının müdiri Şəhla Namazova şəhid Səhrəddin Əliyevin həyat yolundan  danışdılar.