Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağ Azərbaycandır” adlı onlayn tədbir keçirilib

27.11.2020

Goranboy rayon Mərkəzi Kitabxanasında “Qarabağ Azərbaycandır” adlı vətənpərvərlik mövzusunda onlayn tədbir keçirib. 
Mərkəzi Kitabxananın Xidmət şöbəsinin baş kitabxanaçısı Dürdanə Bayramova məruzə ilə çıxış etdi. O, 44 gün çəkən II Qarabağ – Vətən müharibəsində Milli Ordumuzun rəşadətindən, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan, parlaq Qələbəmizdən ətraflı məlumat verdi.
Məruzə ətrafında oxucular Səfa Nəbiyeva, Yeganə Yusifova, Toğrul Hüseynov çıxış etdilər.