Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“20 Yanvar - Unudulmaz qan yaddaşımız”

18.01.2018

18.01.2018-ci il tarixində Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında 20 yanvar ümumxalq hüzn günü ilə əlaqədar “20 Yanvar - Unudulmaz qan yaddaşımız” adlı anım günü keçirildi.

Tədbiri giriş sözü ilə MKS-nin direktoru Elmira Əliyeva açmışdır. Elmira xanım 1990 cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet imperiyasının Azərbaycan xalqının başına gətirdiyi qanlı faciədən 28 il keçdiyini, qeyd etmişdir. Sonra Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə aparıcılıq edən oxu zalının və 1 mömrəli kitabxana filialının kitabxanaçıları Əfsanə Bağırova , Mənzər Adıgözəlova bu tarixin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd etdərək. Hazırladıqları tədbiri ardıcılıqla təqdim etdilər.

Tədbirdə Gəncə Yazıçılar Birliyinin üzvləri Aləmzər Əlizadə və yazıçı publisist Ramiz Təmkin, AMEA Gəncə bölməsinin böyük elmi işçisi dosent Aləmzər Tağıyeva, Gəncə Dövlət Universitetin müəllimi Hüseyn Bəxtiyarov, Mərkəzi kitabxananın Kitabxanalar arası abonement şöbəsinin müdiri Vüsalə Hüseynova, 26 nömrəli orta məktəb lisey-kompleksinin gənc müəlliməsi Təbəsüm Əlizadə çıxış etdərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşmasını qeyd etdilər.

Tədbirin sonunda Gəncə şəhər 5, 14, 25, 32 nömrəli orta məktəblərin şagirdlərinin ifasında kompazisiya səsləndi və oxu zalının hazırladığı video- çarx nümayiş etdirildi.