Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın Milli Qəhrəmanları” adlı kitabının təqdimatı keçirildi

20.11.2020

Gəncə şəhər MKS-nin 13 saylı Uşaq kitabxana filialında vətənpərvərliyin təbliği məqsədi ilə 20.11.2020-ci il tarixində V.Əsgərovun "Azərbaycanın Milli Qəhrəmanları" adlı kitabının Zoom proqramı vasitəsi ilə onlayn təqdimatını keçirilmişdir. Kitabda yer almış I Qarabağ döyüşlərində şəhid olan Milli  Qəhrəmanlarımız haqqında oxuculara məlumat verildi. Daha sonra II Qarabağ döyüşlərində şücaət göstərmiş şəhidlərimiz və qazilərimiz barəsində də söhbət açıldı.