19.11.2020
Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində “20 Noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi günü”nə həsr olunmuş “Uşaqların hüquqlarını qoruyaq” adlı onlayn tədbir keçirildi.
Uşaq şöbəsinin müdiri Venera Məmmədova tədbiri açaraq iştrakçıları salamlayıb. O, “20 Noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi günü” barədə ətraflı məlumat verib.
Tədbirdə Uşaq şöbəsinin fəal oxucularından Rəsul Əsgərzadə, Ramilə Abbasova, Mənzər Tağıyeva və Yeganə Abbasova şeirkər səsləndirdilər.
Sonda şöbə müdiri Venera Məmmədovanın hazırladığı videoçarx nümayiş olunub.