10.11.2020-ci il tarixində Qələbə xəbərindən sonra Samux rayon Heydər Əliyev Mərkəzində Mərkəzimizə təşrif buyurmuş ailə və gənclərlə birlikdə ekskursiya təşkil etdik. Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bu gün tariximizə zəfər yazan prezident İlham Əliyev "Mən xoşbəxtəm ki, atamın vəsiyyətini yerinə yetirdim" sözləri ilə başladı. Bu gün xalqımızın 200 ilə yaxın tarixində Qələbə günü olmasının böyük əhəmiyyətindən danışdı. Noyabr ayının 8 də Qarabağın döyünən ürəyi Şuşa şəhərinin alınması, 9 noyabr Azərbaycan Respublikası Dövlət bayraq günü" 71 kənd 1 qəsəbə və 8 xüsusi əhəmiyyətli yüksəkliklərin ordumuz tərəfindən azad edilməsi həmçinin 10 noyabr Qarabağın azad edilməsi xəbəri xalqımızın tarixində ayrıca bir önəm daşıdı.Ulu öndər Heydər Əliyev deyirdi "Şuşa Azərbaycanın döyünən ürəyidir. Şusasiz Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur". Bəli nəinki Qarabağ itirilmiş hər qarış torpağımız bizim üçün dəyərlidir. Bütöv Azərbaycandan qoparılmış hər qarış yurdumuza görə ürəyimiz sızlayır. Çünki Vətəndən pay olmayır.
O həmçinin vurğuladı ki, ulu öndər hər an hər zaman öz xalqı üçün çalışdı. Bu gün Azərbaycan ordusunun Qafqazın ən güclü ordusu olması və dünyanın ən seçilən orduları sırasında yer alması ulu öndər Heydər Əliyevin zamanında qurduğu düzgün iqtisadi və siyasi fəaliyyətinin nəticəsidir. Çünki onun sayəsində l Qarabağ savaşında döyüşməyə silahı belə olmayan Azərbaycandan, regionun ən müasir standartlara cavab verən orduya və hərbi təchizata malik ölkəsinə çevrilmişdir. Bu qələbəmizin ayağı düşərli olsun. Biz bu şanlı tarixi tariximizə qızıl hərflərlə yazan şəhidlərimizə,qazilərimizə, vuruşan əsgərlərimizə borcluyuq və haqqları heç vaxt ödənməz. Cənab prezident dediyi kimi"orda meydana vuruşan da əsgərdir,qələbəni bizə qazandıran da". Ürəyi Vətən sevgisi ilə döyünən yüksək rütbəli hərbçilərimizdən tutmuş sıravi əsgərədək hər birinə dərin təşəkkürümüzü bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə tezliklə şəfalar diləyirik.
Bundan sonra tariximizə yalnız Zəfər yazılsın. Xalqımıza Qələbə çox yaraşır.