Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Elan

13.11.2020

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində vətənə məhəbbət hisslərini aşılamaq, Azərbaycanı gənc nəslə tanıtmaq, bugünkü vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin, vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədi ilə “VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsi elan olunur. Müsabiqə uşaqlar, yeniyetmələr və gənclər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması, eyni zamanda gənclərin vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil olunur. Bununla əlaqədar olaraq, sözügedən layihə haqqında informasiyanın regionun mədəni ictimaiyyətinə ötürülməsinə, afişanın çap olunaraq mədəniyyət müəssisələrinin giriş hissələrinə vurulmasına və regionun istedadlı məktəblilərinin, gənc rəssamlarının bu müsabiqədə aktiv iştirakına köməklik göstərməyinizi xahiş edirik. Əvvəlcədən təşəkkür edirik.