23.09.2020
Samux rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qələbə bizləri səsləyir” adlı vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib.
Tədbir Mərkəzi bədii qiraət dərnəyinin üzvləri ilə birlikdə təşkil olunub. Keçirilən tədbir dövrümüzün ən böyük problemi – itirilmiş torpaqlarımız uğrunda müharibəyə həsr olunub.
Dərnək rəhbəri Afərim Verdiyeva bu mövzuda geniş məruzə edib.
Daha sonra dərnək üzvləri vətənpərvərlik mövzusunda Xalq şairləri S.Vurğunun “Azərbaycan” şeirini, Məmməd Arazın “Azərbaycan – dünyam mənim” adlı şeirindən bir parça söyləyiblər. Tədbirin keçirilməsində məqsəd azyaşlı və gənc nəsli qələbə ruhunda mübarizəyə səsləməkdir.