Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

21 sentyabr Beynəlxalq Sülh gününə həsr olunmuş sərgi

21.09.2020

Goranboy Dövlət Rəsm Qalereyasında 21 sentyabr Beynəlxalq Sülh gününə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə gənc rəssamların mövzu ilə bağlı 14 ədəd rəsm əsərləri nümayiş olunub.
Rəsm Qalereyasının direktoru Çinarə Abdullazadə çıxış edərək bildirib ki, bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümidə şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır – Sülh! Bu söz özü özlüyündə böyük bir məna kəsb edir. Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir.