Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sülh bizim missiyamızdır” adlı onlayn tədbir keçirildi

21.09.2020

Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə 21 sentyabr Beynəlxalq  Sülh gününə həsr olunmuş “Sülh bizim missiyamızdır “ adlı  onlayn tədbir təşkil olundu. Onlayn tədbirə MKS-nin  əməkdaşları, uşaq baxçaları və fəal oxucular qoşuldu. İlk növbədə xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva hər bir iştirakçını salamladı və qeyd etdi ki, bu gün qüdrətli və güclü orduya malik olan Azərbaycan və onun Prezidenti, Ali Baş Komandanı İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür…
Sonra  oxuculara xidmət şöbəsinin kitabxanaçısı Ləman Əliyeva  Sülh gününə həsr olunmuş rəsmləri nümayiş etdirdi. Abonoment şöbəsinin müdiri Telli Nəsibova uşaq baxçasının uşaqları və fəal oxucularla bağlantı yaratdı, uşaqlara sülh gününə həsr olunmuş şeirləri söylədilər. Sonda uşaqlar “Biz sülhə səs veririk” deyərək  göyərçin uçurdublar.