Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dahi bəstəkar” adlı onlayn tədbir

18.09.2020

Samux rayon Mərkəzi kitabxananın təşəbbüsü ilə Azərbaycanın mədəniyyət tarixində dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutmuş Üzeyir Hacıbəyova həsr olunan “Dahi bəstəkar” adlı onlayn tədbir təşkil olunub.
Tədbirdə ilk növbədə Azərbaycan Respublikasının himni səslənib. Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Ləman Əliyeva Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Sonra fəal oxucular Mənzər Tağıyeva, Jalə Nəbizadə, Fatimə Nəbizadə və Tapdıq Tağıyev “Arşın mal alan” operasından səhnəcik nümayiş etdilər. Jalə Əliyeva isə Üzeyir Hacıbəyovun “Arazbari” zərb muğamı fortepianoda ifa edib.
Sonda Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Ləman Əliyeva hazırladığı videoçarxı nümayiş etdirib.