16.09.2020
Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin kollektivinin təşəbbüsü ilə Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri olan Abdulla Şaiqin yaradıcılığına həsr olunmuş onlayn tədbir keçirilib.
Uşaqların sevimlisi Abdulla Şaiqin yaracılığına həsr olunmuş onlayn təbirdə şöbənin fəal oxucuları iştirak ediblər.
Uşaq şöbəsinin müdiri Venera Məmmədova tədbiri acaraq iştirakçıları salamlayıb, şairin həyat və yaradıcılığı haqqında uşaqlara geniş məlumat verib. Uşaqlar şairin şeirlərini söyləyiblər. Sonda Abdulla Şaiqin həyatına həsr olunmuş videoçarx Venera Məmmədovanın təqdimatında nümayiş olunub.