15.09.2020
Goranboy rayon Mərkəzi Kitabxananın əməkdaşları 1918-ci il Bakının erməni işğalından azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar “15 sentyabr Bakının işğaldan azad olunduğu gündür” mövzusunda videokonfrans keçiriblər.
Konfransı oxuculara xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açıb. Kitabxanaçı Rəxşəndə Xəlilova məruzə ilə çıxış edib.
Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova mövzu ilə bağlı çıxış edərək 15 sentyabr tarixini zəfər günü kimi dəyərləndirib.
Tədbirdə Mərkəzi Kitabxananın fəal oxucuları da iştirak ediblər.