Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 –Yanvar qan yaddaşımızdır

17.01.2018

Gəncə şəhər MKS- nin 5 saylı kitabxana filialında 17.01.2018-ci il tarixdə 20 Yanvar faciəsinin ildönümü münasibəti ilə “ 20 –Yanvar qan yaddaşımızdır” başlığı altinda anım günü keçirildi. Tədbirdə 13 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdilər. 5 saylı kitabxananin böyük kitabxanaçısı Həsənova Nazilənin təklifi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edildi . 13 saylı məktəbin müəlliməsi Bayramova Könül, .20 Yanvar faciəsində Azərbaycan Xalqı hərbi,,siyasi və mənəvi təcavüzə məruz qalsa da tarixi qəhrəmanlıq ənənələrinə sadiq qaldığını ,çətinliklə üzləşməsinə baxmayaraq ,azadlıq və müstəqillik uğrunda sarsılmaz mübarizə apardığını bütün dünyaya nümayiş etməsindən danışdı.Bu gün tarixə milli birliyimizin və özünüdərkin ,müstəqillik urunda aparılan mübarizənin günü kimi daxil oldu.Məktəblilər azadlıq uğrunda canlarını qurban verən şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər. Tədbirin sonunda iştirakçılar “ 20 Yanvar Qan yaddaşımızdır” başlığı altında kitab sərgisiylə tanış oldular.