11.09.2020
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı böyük dramaturq, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibəti ilə "Nadir şah" əsərinin müzakirəsini keçirdi. Tədbirdə "Əsərin ideyası, tərbiyəvi əhəmiyyəti", "Nadir şahın səhvləri" və digər bu kimi suallar ətrafında müzakirələr aparıldı. Sonda tədbir iştirakçıları rəylərini bildirdilər.