Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlikdir uca zirvə

16.01.2018

16.01.2018-ci il tarixidə Gəncə şəhər MKS- nin 6 saylı Gənclər kitabxana filialında Azərbaycanın Milli Qəhrəmanı Eldar Məmmədova həsr olunmuş, “Şəhidlikdir uca zirvə” başlığı altında anım günü keçirildi.

Gənclər kitabxanasının müdiri Məryəm Məmmədova iştirakçılarını salamlayaraq, şəhidlərimizin ruhunu bir qəqiqəlik sükutla yad etməyi xahiş etdi. Sonra o, Azərbaycanın Milli qəhrəmanları haqqında məlumat verdi.

1 saylı tam orta məktəbin tarix müəllimi Cəbərrüd Haqverdiyeva çıxışında bildirdi ki, Azərbaycanın Milli qəhrəmanları haqqında danışmaq bir vətəndaş kimi insana qürur verir Nə qədər ki, uğrunda təmənnasız rəşadət göstərməyi, hətta ölməyi bacaran övladların var, sən yaşayacaqsan, Azərbaycan!

Kitabxanamızın daimi oxucusu Alı Həsənov, Eldar Harun oğlu Məmmədovun keçdiyi həyat və döyüş yolu haqqında danışdı.

Texnologiya Universitetinin kafedra müdiri Mahirə Xəlilova söylədi ki, Eldar Məmmədov Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirərək 24 fevral 1993–cü il tarixdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Eldar Məmmədov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Hazirda Dövlər Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı Eldar Məmmədovun adını daşıyır.

Tədbirdə məktəblilər “Şəhidlikdir uca zirvə” başlığı altında Milli qəhrəmanlarımıza həsr olunmuş ədəbi bədii kompozisiyanı təqdim etdilər.