10.09.2020
Samux rayon Mərkəzi Kitabxanasında xalq yazıçısı İlyas Əfəndiyevin kitablarının onlayn icmalı təqdim olunub. Tədbir “Ədəbiyyatın əbədiyaşarlıq ünvanı” adı altında keçirilib.
Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Ləman Əliyeva Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan, xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərinin icmalını təqdim edib. O, oxucuların sevə-sevə mütaliə etdiyi İlyas Əfəndiyevin nəsr əsərləri, milli teatrımızın səhnəsində tamaşaya qoyulan pyesləri haqqında söhbət açdı və sonda icmalda iştirak edənlərin fikirlərini öyrəndi.
Tədbir icmal diskussiya formasında keçirilib.