17.01.2018
Naftalan şəhər Mərkəzi Kitabxana Sistemində 1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar oxucularla görüş keçirildi.
Tədbirdə 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın istiqlaliyyəti uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçılarının nəzərinə çatdırıldı ki, 20 Yanvar şəhidləri öz canlarını qurban verməklə bir daha sübut etdilər ki, Azərbaycan xalqı yenilməzdir, mərd və mübariz xalqdır.