Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əməkdar müəllim Gəray Bayramovla görüş keçirilib

09.09.2020

Samux rayonunda yaşayıb-yaradan şair, əməkdar müəllim, rayon Ahıllar Cəmiyyətinin üzvü Gəray Bayramovla görüş keçirilib.
Samux rayon Mərkəzi Kitabxanasının işçiləri Gəray Bayramovun həyat və yaradıcılığından danışıb.
Gəray Bayramov ulu öndər Heydər Əliyevlə görüşü haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Sonra o, ən sevimli şeirini – “Məhəbbətin göz yaşları”nı təqdim etdi.
Kitabxananın oxuculara xidmət şöbəsinin əməkdaşı Ləman Əliyeva Gəray Bayramovun “Şöhrətim” adlı şeirini səsləndirdi.
Tədbirin sonunda Gəray Bayramovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi.