09.09.2020
Samux rayon Mərkəzi Kitabxanasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı onlayn tədbir keçirildi. Tədbirdə kitabxananın kollektivi və uşaq şöbəsinin fəal oxucuları iştirak etmişdir. Mərkəzi Kitabxananın ekspozisiya zalında metodika və bibloqrafiya şöbəsinin işçisi Tərifə Verdiyeva ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət onlayn ekskursiyasını təqdim etdi.
Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Ləman Əliyeva ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti barəsində çıxış etdi.
Sonra uşaq şöbəsinin müdiri Venera Məmmədova ulu öndərin uşaqları sevməsindən, uşaqlara verdiyi dəyərdən danışdı, uşaqlar haqqında söylədiyi sözləri diqqətə çatdırdı:
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.”
Uşaq şöbəsinin fəal oxucuları ulu öndərə aid şeirlər söylədilər. Tədbirin sonunda Venera Məmmədovanın təqdimatında Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olundu.