Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qoy həmişə sülh olsun”

03.09.2020

Naftalan şəhər Mədəniyyət Mərkəzinin direktoru Adil Quliyevin təşkilatçılığı ilə şəhərin bir qrup musiqiçiləri ilə 21 avqust, 21 sentyabr “Beynəlxalq sülh aylığı” ilə əlaqədar, “Qoy həmişə sülh olsun” mövzusunda video söhbət aparılıb. Adil Quliyev bildirib ki, ölkəmiz illərdir ki, Ermənistanın hərbi təcavüzü ilə üzləşir və nəticədə yüzlərlə günahsız uşaqlar, ordumuzun əsgər və zabitləri, dinc sakinlər həlak olur, erməni vəhşiliyinin qurbanına çevrilir. Bu illər ərzində Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həlli istiqamətində addımlar atır.