Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəman oğullar”

03.09.2020

Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı, Fransada antifaşist Müqavimət hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Qəhrəman oğullar” adlı onlayn tədbir keçirilib.
Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva, xidmət şöbəsinin kitabxanaçısı Sevinc Əliyeva çıxış edərək Əhmədiyyə Cəbrayılovun Böyük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Tədbirdə fəal oxuculardan Şəbnəm İsmayılova, Babək Mirzəyev, Hicran Həmidova iştirak ediblər.