03.09.2020
Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə “Virusa birlikdə qalib gələk” adlı videokonfrans keçirilib.
Oxuculara xidmət şöbəsinin müdiri Saidə Abdullayeva tədbiri açaraq, karantin qaydalarına ciddi əməl etməyin koronavirusdan qorunmaq üçün vacib olduğunu xüsusi qeyd etdi.
Mövzu ətrafında fəal oxuculardan Qurban Nəcəfov, Aydın Nəbiyev, kitabxanaçı Yeganə Yusifova və şöbə müdiri Təzəgül Abbasova çıxış ediblər.