02.09.2020
Samux rayon MKS-nin Uşaq şöbəsinin təşəbbüsü ilə Uşaq hüquqlarına həsr olunmuş “Uşaqların hüquqlarını qoruyaq” adlı onlayn tədbir keçirib.
Tədbirdə şöbənin fəal oxucuları iştrak ediblər. Şöbənin müdiri Venera Məmmədova tədbiri açaraq iştrakçıları salamladı və uşaq hüquqlarının Konvensiyası haqqında məlumat verdi. Sonra o, uşaqlara qanunun maddələri, uşaqların hüquqları və vəzifələri barədə danışdı, qanunun yerinə yetirilməsi sahəsində uşaqların üzərinə düşən vəzifələr onlara izah edildi, uşaqların suallarına cavab verildi.
Tədbirdə uşaqlara onların Qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələri izah edildi.
Onlayn tədbirdə uşaq şöbəsinin fəal oxucularından Telli Əlizadə, Emil Əlizadə və Zəhra Babanlı şeirlər söylədilər.
Sonda mövzuya uyğun hazırlanmış videoçarx nümayiş olundu.