02.09.2020
Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsinin və Metodika və biblioqrafiya şöbəsinin təşəbbüsü ilə Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan bu böyük kino xadimi, görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq artisti Həsən Seyidbəylinin yubileyinə həsr olunmuş “Həsən Seyidbəyli – 100” adlı onlayn tədbir təşkil olunmuşdur.
Tədbirdə ilk növbədə Oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva Prezident İlham Əliyevin Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamını səsləndirdi. Sonra Ləman Əliyeva Həsən Seyidbəylinin ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə yeni səhifələr yazdığı haqqında söhbət açdı.
Metodika və biblioqrafiya şöbəsinin işçisi Tərifə Verdiyeva Həsən Seyidbəylinin həyat həqiqətlərinə sədaqətlə yaradılan və mənəvi zənginlik, əxlaqi saflıq, dərin zövq aşılayan uğurlu ekran əsərləri, xüsusilə “Nəsimi” filmi haqqında danışdı.
Sonda mövzuya həsr olunmuş Ləman Əliyevanın hazırladığı videoçarx nümayiş olundu.