Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sülh inkişafın əsas təməlidir” mövzusunda onlayn videokonfrans keçirildi

31.08.2020

Astara rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Gənclər və İdman İdarəsinin, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Lerik rayon Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Samux rayon Heydər Əliyev Mərkəzinin, təşkilatçılığı ilə “Sülh inkişafın əsas təməlidir” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans keçirilmişdir.
Videokonfransı giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmışdır.
Şəhidələrin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Videokonfransda, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Lerik rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Bahar Mürsəlova, Yardimli rayon MKS-nin Avtomatlaşdirma şöbəsinin müdiri Gündüz Manafov, Masallı rayon regional mədəniyyət idarəsinin Yardimli rayonu üzrə nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cumurihiyətinin 100 illik yubleyi münasibəti ilə medalla təltif edilmiş Ayaz Əliyev, Astara rayon Gənclər və İdman İdarəsinin Astara rayonunda Gənclərlə iş üzrə nümayəndəsi, könüllü gənc Abbas İbrahimli, Naftalan şəhər sosial iş sosial media içtimai birliyinin rəhbəri Kamran Muradov iştirak etmişdir.