Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mədəniyyətdə kadr siyasəti” mövzusunda vebinar keçirildi

29.08.2020

Mədəniyyət üzrə Elmi-metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Mədəniyyətdə kadr siyasəti" mövzusunda vebinar keçirilmişdir. Vebinarı açıq elan edən Asif Usubəliyev mövzu ətrafında geniş nitq söylədi. Həmçinin Nurəddin Babazadə mövzu ətrafında çıxışlarını davam etdirdi. Tədbirdə çıxış üçün söz alan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi və bu cür vebinarlarin tez-tez keçirilməsinin məqsədəuyğunluğundan eyni zamanda hər bir mədəniyyət işçisinin kimliyindən asılı olmayaraq savadlı olmasından əlavə öz mədəniyyətinin fədaisi olmasınin vacibliyindən danışdı.