Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Regionda sülhün təminatçısı Azərbaycan” mövzusunda videokonfrans təşkil edildi

27.08.2020

Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Sülh aylığı" çərçivəsində "Regionda sülhün təminatçısı Azərbaycan" mövzusunda videokonfrans təşkil edildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz çıxışında Qafqazın ən güclü ordusuna malik Azərbaycan həm regionun təhlükəsizlik təminatçısı olduğunu, lakin mənfur ermənilərin daim bu sakitliyi pozduqlarindan danışdı. O, həmçinin vurğuladı ki, sülh aylığının mahiyyətini məhz işğalçı ölkələrə dərindən anlatmaq lazımdır. Daha sonra çıxış üçün söz verilən Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Azərbaycan ordusunun gücünə və xalqına güvəndiyini, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova müharibə sözünün özünün nə qədər dəhşət saçdiğini,daim sülhə tərəfdaş olduğunu, Azərbaycan Texnologiya Universitetinin müəllimi Nərgiz xanım öz çıxışında sülhün bütün xalqlara sevinc, firavanlıq bəxş etdiyini, Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, İsmayıllı Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Neftçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova öz çıxışlarında bölgədə sülhün təmin olunmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, multikultral dəyərlərimizdən geniş danışdılar. Həmçinin Şirvan Heydər Əliyev Mərkəzinin elmi işçisi Səkinə Qayıbova,ölkəmizin müxtəlif bölgələrindən olan müəllimlərdən Qocayeva Şəlalə (Qazax rayonu), Rzayeva Günel (Goranboy rayonu), Məcidova Türkan (Daşkəsən rayonu) Günel (Goranboy rayonu), Məmmədova Pəri, Əhmədova Günel,Məmmədova Vüsalə (Samux rayonu),Əliyevə Aysel (Gəncə şəhər) öz maraqlı və geniş çıxışlarını etdilər.