26.08.2020
Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Füzuli və Qubadlı rayonlarının işğal olunmasının 27-ci il dönümünə həsr olunmuş “Əsirlikdə qalan yurdum” başlığı altında onlayn tədbir keçirildi.
Tədbirdə MKS-in direktoru Sadiqə Quliyeva, Hacıkənd kənd kitabxana filialının müdiri Nəvai İsgəndərov çıxış edərək işğal altında olan rayonlarımızdan danışdılar.
Tədbirdə fəal oxuculardan Tural Həsənli, Rəsul Kəlbəcərli, Gülər Qurbanova iştirak etdilər.