27.08.2020
Goranboy rayon Mərkəzi Kitabxananın əməkdaşları nasir Əlibala Hacızadənin anadan olmasının 85 illiyi münasibətilə “Əlibala Hacızadə-85” adlı Zoom proqramı ilə videokonfrans keçirdilər.
Konfransda fəal oxucular və kitabxananın işçiləri iştirak etdilər.
Videokonfransı MKS-nin direktoru Gülnarə Nəsibova açdı. Ədibin həyat və yaradıcılığı haqqında MKS-nin əməkdaşı Gülnar Nəcəfova ətraflı məlumat verdi.
Kitabxana əməkdaşları Rəxşəndə Xəlilova və Xatirə Rəhimova Əlibaba Hacızadənin əsərləri haqqında danışdılar.
Oxuculardan Aydın Nəbiyev, Şamil İsmayılov məruzə ətrafı çıxış etdilər.