Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 Avqust Beynəlxalq Azərbaycan Muğamı günüdür

26.08.2020

Naftalan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 26 Avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqi gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbirdə Naftalan şəhər Mədəniyyət Mərkəzinin direktoru Adil Quliyev çıxış edərək 26 Avqust Beynəlxalq Azərbaycan Muğamı günündən danışıb. O, Azərbaycan muğamının dünyada tanıdılmasında, təbliğində Heydər Əliyev Fondunun, xüsusən də  birinci-vitse Prezident Mehriban xanım Əliyevanın əvəzsiz xidmətini xüsusi vurğulayb.
Sonra o, Azərbaycan muğamının inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ölkəmizdə həyata keçirilən layihələrdən söhbət acıb.