24.08.2020
Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Burunqovaq və Seyidlər kənd kitabxana filiallarının əməkdaşları 2020-ci ilin iyul ayının 12-14 tarixlərində Azərbaycanın Tovuz rayonunun sərhəddində ermənilərin törədikləri təxribat nəticəsində igid Vətən övladlarının şəhidlik zirvəsinə ucalmalarının 40-cı günü ilə əlaqədar “Vətən torpaqları bizi gözləyir” adlı onlayn tədbir təşkil etdilər.
Azərbaycan şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçıları çıxış edərək bütün şəhidlərimiz kimi Tovuz döyüşlərində həlak olan şəhidlərimizin xatirəsinin də hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildiriblər.