Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda onlayn tədbir keçirildi

21.08.2020

Gəncə şəhər Heydər Əliyev Mərkəzi Ümummilli Liderimiz Heydər Əliyevin zəngin irsinin təbliği məqsədilə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda onlayn tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor əvəzi İlknur İsgəndərova öz çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olub. İstər yazarların, istərsə də, ədəbiyyatşunasların dayağı olan Ulu Öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır.
Sonra Mərkəzin bələdçisi Sevinc Əhmədova Ulu Öndər Heydər Əliyevin yaşadığı ömrünün hər hanını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr etməsindən bəhs etdi. O, qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev hər zaman hər bir ədibə xüsusi qayğı göstərmiş, onların layiqli dəyərlərini almalarına şərait yaratmışdır.