Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ulu Öndər irsinin təbliği yolları” adlı videokonfrans keçirildi

20.08.2020

Salyan və Neftçala rayon Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Ulu Öndər irsinin təbliği yolları” adlı videokonfrans keçirildi. Konfransda Salyan, Neftçala, Yevlax, Samux, Gəncə, Xaçmaz, Zərdab, Şamaxı, Şabran, Masallı, Balakən, Tərtər, Sabirabad, Qəbələ Heydər Əliyev Mərkəzlərinin direktorları Ulu Öndər Heydər Əliyevin bir lider kimi fəaliyyətindən, bu fəaliyyətin təbliğ yollarından geniş söhbət açdılar. Ulu Öndərin zəngin irsinin təbliğı məqsədilə qarşıda duran yeni planlar müzakirə olundu və fikir mübadiləsi aparıldı.