Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əhmədiyyə Cəbrayılov-100” adlı videokonfrans

20.08.2020

Şəki şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə “Əhmədiyyə Cəbrayılov-100” mövzusunda videokonfrans keçirilmişdir.
Videokonfransda Gəncə şəhər, Ucar və Qax rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak etmişlər.
Konfransı giriş sözü ilə Şəki şəhər MKS-nin direktoru Seyid Vahabov açdı. O, Əhmədiyyə Cəbrayılovun İkinci Dünya müharibəsindəki döyüş yolundan, qəhrəmanlıqlarından, Fransa partizanları ilə birlikdə Fransanın almanlardan azad olunmasındakı iştirakından geniş məlumat vermişdir.
Sonda mövzu ətrafında müzakirələr aparıldı.