20.08.2020
Goranboy Dövlət Rəsm Qalereyası, Şirvan Dövlət Rəsm Qalereyası, Saatlı Dövlət Rəsm Qalereyası və Biləsuvar Dövlət Rəsm Qalereyasının direktorlarının iştirakı ilə "Mədəniyyət sahəsində yerli və beynəlxalq təbliğatın gücləndirilməsi üçün təklif edilən yeniliklərin müzakirəsi" mövzusunda onlayn seminar təşkil edilmişdir.
Seminarda çıxış edənlər respublikamızda Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğatı istiqamətində görülən işlərdən danışdılar.