20.08.2020
Kəlbəcər rayon Mərkəzi Kitabxana Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə poeziyası” adlı onlayn tədbir keçirildi.
Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva Xalq şairinin həyat və yaradıcılığından, Allıkənd kitabxana filialının müdiri Mahirə Həsənova isə Bəxtiyar Vahabzadə poeziyasından danışdılar.
Tədbirə kitabxanaçılar və fəal oxucular qoşuldular.