Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən sevgisi” adlı vətənpərvərlik mövzusunda video konfrans keçirildi

19.08.2020

Goranboy rayon Mərkəzi Kitabxanada “Vətən sevgisi” adlı vətənpərvərlik mövzusunda videokonfrans keçirildi.
Konfransı MKS-nin direktoru Gülnarə Nəsibova açdı. Konfransda gənc oxucular və kitabxananın işçiləri iştirak etdilər.
MKS-nin direktoru Gülnarə Nəsibova qeyd etdi ki, tariximizin hansı səhifəsini vərəqləsək orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün vətən uğrunda mübarizə əsas şərtdir.
Fəal oxuculardan İlkin Məmmədov, Eltun Nəsibov və başqaları öz fikirlərini söylədilər.